"əl Nusra" cəbhəsi ABŞ-ın təlim keçdiyi beş suriyalını girov götürüb

"əl Nusra" cəbhəsi ABŞ-ın təlim keçdiyi beş suriyalını girov götürüb
# 05 avqust 2015 07:55 (UTC +04:00)

Bakı. Türbət Bağırova- APA. ABŞ-ın təlim keçdiyi 60 suriyalı üsyançıdan 5-i "əl Nusra" cəbhəsinin əlinə keçib, 1 üsyançı isə öldürülüb.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi məlumat verib.

Hadisənin ötən həftənin cümə günü baş verdiyi deyilir. Lakin ABŞ rəsmiləri dəqiq vaxtı açıqlamaqdan imtina ediblər.

Qeyd edək ki, hazırda ABŞ hökuməti "Əl Qaidə"nin Suriya qolu olan "əl Nusra" cəbhəsinin hücumlarına məruz qaldığı üçün suriyalı üsyançıların daha təhlükəsiz mövqelərə yerləşdirilməsi istiqamətində planlar üzərində işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR