İraq xarici işlər nazirinin müavini: "İraqdakı azərbaycanlı qadın və uşaqlarla bağlı Azərbaycan bizə rəsmi müraciət etməyib"

İraq xarici işlər nazirinin müavini: "İraqdakı azərbaycanlı qadın və uşaqlarla bağlı Azərbaycan bizə rəsmi müraciət etməyib"
# 06 aprel 2018 13:28 (UTC +04:00)

"İraqda olan azərbaycanlı uşaqlar və qadınlarla bağlı İraq hökuməti olaraq danışıqlar aparmağa, bu məsələni müzakirələr keçirtməyə hazırıq".

APA-nın məlumatına görə, bunu İraq xarici işlər nazirinin müavini Səid Şorş Xalid Bakıda bildirib.

O qeyd edib ki, bir çox ölkəyə uşaqlarının geri qaytarılmasında köməklik göstəriblər.

"İraqda qalan 27 uşağın qaytarılmasında Rusiyaya kömək etmişik. Azərbaycanla da bu məsələni müzakirə etməyə hazırıq. Onların geri qaytarılmasına dair qərara gələ bilərik.

Bildiyimə görə, Azərbaycan tərəfdən bununla bağlı bizə rəsmi müraciət daxil olmayıb. Müraciət olarsa, əlbəttə ki, danışıqlara hazırıq", - deyə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR