Parisdə polis mitinqin dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib

Parisdə polis mitinqin dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib
# 22 aprel 2017 23:55 (UTC +04:00)

Parisdə polis prezident seçkilərinin birinci turu ərəfəsində keçirilən mitinqin dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Respublika meydanına toplaşan 2000-dək etirazçının Bastiliya meydanına doğru yürüşü zamanı polis əməkdaşları ilə toqquşmalar baş verib.

Etiraz aksiyası həmkarlar ittifaqları və tələbə birliklərinin çağırışı ilə təşkil olunub. Aksiya iştirakçıları prezident seçkilərinin keçirilməsinə və prezident postuna namizədlərin təkliflərinə etiraz ediblər.

Seçkilərin ikinci turu mayın 7-nə nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR