Azərbaycan və Rusiya XİN arasında məsləhətləşmələr keçirilib

Azərbaycan və Rusiya XİN arasında məsləhətləşmələr keçirilib
# 20 noyabr 2017 10:16 (UTC +04:00)

Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında bu gün məsləhətləşmələr keçirilib.

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, iki ölkə arasında əməkdaşlığın indiki durumu 2008-ci ildə imzalanan dostluq və əməkdaşlıq bəyannaməsində əksini tapıb. İki ölkə bu sənədə uyğun addımlar atır.

“Ticarət dövriyyəsi ilbəil artır. Azərbaycan, Rusiya və İran prezidentlərinin müzakirəsindən irəli gələn məsələlərdən biri Şimal-Cənub Nəqliyyat Dəhlizinin işə salınmasıdır. Bunun potensiyalı genişdir. Həm də yüklərin daşınması yolunu qısaldır”, – deyə E. Məmmədyarov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR