İsveçdəki terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb

İsveçdəki terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb
# 08 aprel 2017 00:34 (UTC +04:00)

İsveçin paytaxtı Stokholmda törədilən terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə “Expressen” qəzeti xəbər verib.

Məlumata görə, terror hadisəsi ilə bağlı Stokholmun Yulsta şəhərətrafı qəsəbəsində bir kişi saxlanılıb.

Bundan əvvəl bir nəfərin, İsveçdə yaşayan 39 yaşlı Özbəkistan vətəndaşının saxlanıldığı bildirilirdi.

Yük maşınını insanların üzərinə sürən şəxs isə hələ ki, tapılmayıb. Xatırladaq ki, Stokholmun mərkəzində törədilən terror aktı nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR