Nikaraquada güclü yağış 7 nəfərin ölümünə səbəb olub

Nikaraquada güclü yağış 7 nəfərin ölümünə səbəb olub
# 28 oktyabr 2017 05:03 (UTC +04:00)

Nikaraquada şiddətli yağıntılar və güclü külək nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin vitse-prezidenti Rosario Murilyo bildirib.

Bundan əvvəl 5 nəfərin öldüyü, 2 nəfərin itkin düşdüyü bildirilirdi. Ölüm hallarına Sakit Okean hövzəsində tüğyan edən “Selma" qasırğasının gətirdiyi güclü yağış və küləklər olub. Hazırda qasırğa Salvador ərazilərinə doğru irəliləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR