Bakı sakini qonaq getdiyi Tovuzda qəlpə yaraları alıb

Bakı sakini qonaq getdiyi Tovuzda qəlpə yaraları alıb
# 22 iyul 2016 06:51 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuza qonaq gedən Bakı şəhər sakini qəlpə yaraları alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Hidayət Qasımov rayonun Əlibəyli kəndində qonaq getdiyi evin həyətində gəzən zaman bədəninin yuxarı hissəsinin müxtəlif nahiyələrindən qan axdığını görüb. Dərhal Tovuz Mərkəzi Rayon xəstəxanasına yerləşdirilən H. Qasımova bədənin yuxarı ətrafında çoxsaylı qəlpə yarası diaqnozu qoyulub. Ona dərhal tibbi yardım göstərilib, qəlpələr bədənindən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR