«Nar Mobile»: «Daşınan nömrələr» layihəsinin tətbiqinə tam hazırıq

«Nar Mobile»: «Daşınan nömrələr» layihəsinin tətbiqinə tam hazırıq
# 16 avqust 2012 13:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Nar Mobile» şirkəti «Daşınan nömrələr» («Mobile Number Portability» - MNP) layihəsi çərçivəsində yeni 10 rəqəmli yığım formatını tətbiq etməyə başlayıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni qaydalara əsasən, şəbəkədaxili zənglər, SMS, MMS üçün «Nar Mobile» abunəçiləri nömrədən əvvəl mütləq qaydada 070/077 prefiksini yığmalıdır.

«Ölkədə icra olunan «Daşınan nömrələr» layihəsi çərçivəsində «Nar Mobile» tərəfindən bir sıra işlər həyata keçirilib. Bu ilk növbədə abunəçilərin sayını artırmağa imkan yaradacaq. MNP xidməti Azərbaycanın hər üç mobil rabitə operatoru tərəfindən eyni vaxtda işə salınmalıdır. İnanırıq ki, artıq çox yaxın zamanlarda «Daşınan nömrələr» layihəsi tam gücü ilə işə düşəcək», - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, MNP xidmətinin tətbiqi abunəçilərə operatoru dəyişəcəyi təqdirdə telefon nömrələrini saxlamaq imkanını verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR