Azərbaycanda axtarışda olan şəxs Rusiyada həbs olunub

Azərbaycanda axtarışda olan şəxs Rusiyada həbs olunub
# 29 mart 2009 12:33 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda axtarışda olan şəxs Rusiyada həbs olunub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycan Cinayət Məcəlləsinin 2000-ci ilədək qüvvədə olmuş 70-ci (banditizm), 120-ci (qanunsuz azadlıqdan məhrumetmə), 145-ci (quldurluq) və 146-cı (hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan 1971-ci il təvəllüdlü Əliyev Yusif Nurəddin oğlu Moskva şəhər Alekseyevsk rayon Daxili İşlər İdarəsi tərəfindən tutulub. Y. Əliyevin Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR