Sumqayıtda kütləvi dezinfeksiya işləri davam etdirilir

Sumqayıtda kütləvi dezinfeksiya işləri davam etdirilir
# 20 oktyabr 2010 12:40 (UTC +04:00)
Bakı - APA-Economics. Sumqayıt şəhər Dezinfeksiya Stansiyası şəhərdə kütləvi dezinfeksiya işlərini davam etdirir.

Stansiyadan “APA-Economics”ə verilən məlumata görə, şəhərdə mövcud olan bütün müalicə və uşaq məktəbəqədər müəssisələrində kütləvi dezinfeksiya, dezenseksiya və deratizasiya işlərini həyata keçirir.

Bundan əlavə, stansiya tərəfindən dezinfeksiyaedici məhlulların qatılığının uyğunluğunu təyin etmək məqsədilə dezinfeksiyaedici məhlul nümunələri kimyəvi təhlildən keçirilir. Ötən həftə ərzində stansiya tərəfindən 3 müalicə və 3 uşaq məktəbəqədər müəssisələrində cari dezinfeksiya və sterilizasiya işləri aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR