Azərbaycanda yay turizm mövsümünün açılışı olub
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son dövrlər turizmin dünyada ölkələrin iqtisadiyyatına gəlir gətirən sahələrdən birinə və qlobal problemlərin həllinə təsir göstərə bilən amilə çevrildiyini bildirib. Nazir qeyd edib ki, son dövrlər turizm infrastrukturunun yaradılması və inkişafı sahəsində bir sıra mühüm işlər görülməkdədir. Azərbaycan Turizm İnstitutundan bu il 300-ə qədər tələbə, eləcə də ilk dəfə olaraq magistratura bölməsindən tələbələr məzun olduğunu deyən nazir, hazırda bu ali təhsil ocağında 1400 nəfərin bakalavr, 47 nəfərin magistratura, 17 nəfərin isə doktoranturada müxtəlif ixtisaslar üzrə təhsil aldığını qeyd edib.
Ə. Qarayev bildirib ki, 2012-ci ilin yanvar ayından nazirlik 16 beynəlxalq turizm sərgisində (Vyana, Ştuttqart, Madrid, Los Anceles, İstanbul, Milan, Vilnüs, Berlin, Moskva 2 dəfə, Tbilisi, Bakı, Varşava, Dubay, Seul, Honq Konq) iştirak edib. Nazir cari ilin sonuna qədər Tokio, Paris, Kiyev, London və Qahirədə keçirilən sərgilərdə iştirakın nəzərdə tutulduğunu bildirib: “Eyni zamanda 2012-ci ildə Azərbaycanın turizm potensialını əks etdirən 45 və 60 saniyəlik reklam çarxlarının CNN, “Euronews” və “Travel Channel” telekanallarında nümayiş olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə adları qeyd olunan telekanallar arasında müqavilə yenilənib. “Eurosport” kanalı ilə nazirlik arasında ölkəmizin təbliğatı ilə bağlı müqavilə imzalanıb. Eyni zamanda bildirmək yerinə düşər ki, nazirliyimizin Belçikanın “Unicap Television” şirkəti arasında bağlanmış müqaviləyə əsasən, qeyd olunan şirkət tərəfindən Azərbaycanın turizm potensialına dair 13 dəqiqəlik film çəkilib. Filmin iyul ayından etibarən Fransanın “TV5 MONDE” telekanalında yayımlanması nəzərdə tutulur. “BMİ Voyager”, “Business Year”, ABTA jurnallarında və “MİTT” sərgisinin rəsmi kataloqunda Azərbaycanın turizm potensialına dair reklam səhifələri yerləşdirilib”.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınan “www.azerbaijan.travel“ domenində “Dream art” şirkəti tərəfindən yeni saytın təqdim edilib. Bununla yanaşı, “Azərbaycanı Kəşf Edək” layihəsi çərçivəsində Britaniyanın “TİME OUT” nəşriyyat evi tərəfindən Azərbaycana aid bələdçi kitabı hazırlanıb. Bu kitabın hazırlanması üçün nəşriyyatın mütəxəssisləri Azərbaycana səfər edib və 1 il müddətində hazırlıq işləri görüblər.
Qeyd olunanlarla yanaşı, nazirliyin sifarişi əsasında Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri zamanı “Problemsiz səyahət et” adlı kitabça Azərbaycan və rus dillərində nəşr olunub.
Turizm
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
NK “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı tapşırıb
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək
Xəbər Lenti
Konqoda toy mərasimində baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
Merz Almaniyanın sənaye sektorunda iş yerlərini itirdiyini etiraf edib
Zelenski: Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Kremldə Putinin Uitkoff və Kuşnerlə görüşü baş tutub - VİDEO - YENİLƏNİB
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur