Bank Of Baku

Azərbaycanda turizm və rekreasiya zonaları yaradılması üçün layihə hazırlanıb

Azərbaycanda turizm və rekreasiya zonaları yaradılması üçün layihə hazırlanıb
# 06 iyul 2012 10:28 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında respublika üzrə turizm və rekreasiya zonaları ərazilərinin 1:50000 miqyasında müasir xəritələri və Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının yaradılması barədə qərar layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Nazirliyin turizm şöbəsindən APA-ya verilən məlumata görə, bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Xızı-Xaçmaz, Quba və Qusar rayonlarında turizm və rekreasiya zonalarının yaradılması ilə bağlı Nazirlər Kabinetinin qərar layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) istisna olmaqla digər mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılıb.

Məsələ ilə əlaqədar ETSN-nin müvafiq qurumlarının və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşün nəticəsi olaraq ETSN tərəfindən layihəyə müsbət rəy verilməsi üçün hər iki nazirliyin əməkdaşlarından ibarət birgə qrupun turizm və rekreasiya zonasının yaradılması üçün təklif olunan ərazilərdəki meşə fondu torpaqlarına baxış keçirilməsi qərara alınıb və hər iki nazirliyin əməkdaşlarından ibarət birgə qrupun yaxın vaxtlarda regionlara ezam olunması nəzərdə tutulub. Turizm və rekreasiya zonalarının yaradılması barədə qərar qəbul olunduqdan sonra əsasnamənin 5-ci bəndinin (Turizm və rekreasiya zonalarının elmi tədqiqat və marketinq-araşdırma fəaliyyəti) və 6-cı bəndinin (Turizm və rekreasiya zonalarının idarə olunması) icrası həyata keçirilə biləcək.

Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamənin 3-cü bəndində “Turizm və rekreasiya zonalarının yaradılması” qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR