Bank Of Baku

Vaqif Əliyev: “Turizm sahəsi, xidmət səviyyəsi bu gün istədiyimiz səviyyədə deyil”

Vaqif Əliyev: “Turizm sahəsi, xidmət səviyyəsi bu gün istədiyimiz səviyyədə deyil”
# 07 iyul 2012 10:21 (UTC +04:00)
O, APA-ya açıqlamasında bu sahənin bəzi istiqamətlərinin səviyyəsinin qaneedici olmadığını deyib.

V. Əliyevin sözlərinə görə, istər infrastruktur, istərsə də turizm xidməti lazımi səviyyədə deyil: “Otelçilik, xidmət sahəsində problemlər var. Bu problemlərin aradan qalxması və səviyyənin artması üçün bir çox addımlar atılır. Amma bu halın tənzimlənməsi təkcə bizdən asılı deyil. Turistlər gəldikcə, istər-istəməz infrastruktur da yaranacaq, xidmətin səviyyəsi də artacaq. Bunların hər biri zamanın tələbi ilə uyğunlaşmalıdır”.

Azərbaycanın gözəl təbiətinin, mehriban insanlarının, təbii ehtiyatlarının, yerləşdiyi coğrafi istiqamətin turizmin inkişafına xidmət edəcəyini vurğulayan V. Əliyev Azərbaycan turizminin qısa müddətdə arzulanan səviyyəyə çatacağını deyib: “Biz də çox istəyərdik ki, Azərbaycana çoxsaylı turistlər gəlsin, böyük surətlə inkişaf getsin. Görüləsi işlər çoxdur və bunlar bir-birinə bağlıdır. Zaman keçdikcə, irəliləyiş olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR