Bank Of Baku

Azərbaycanda bir neçə şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib

Azərbaycanda bir neçə şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib
# 09 iyul 2012 08:21 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir neçə şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, lisenziyalar Bakı şəhərində fəaliyyət göstərən “Mİ TRAVEL” MMC, “BLUESKY TRAVEL” MMC və “Kings-Travel” MMC-yə təqdim olunub.

Qeyd edək ki, lisenziyalar Azərbaycan prezidentinin “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar”a və Nazirlər Kabinetinin “Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” qərarlarına uyğun olaraq verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR