Bank Of Baku

Mədəniyyət və turizm nazirinin müavini turizm obyektlərinə baxış keçirir

Mədəniyyət və turizm nazirinin müavini turizm obyektlərinə baxış keçirir
# 11 iyul 2012 07:56 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Respublikamızın şimal bölgəsində (Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı) fəaliyyət göstərən turizm xidməti və turizm nümayişi obyektlərinə baxış keçirilməsi və ərazinin turizm potensialının öyrənilməsi məqsədilə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun səfərləri başa çatıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bölgəyə may-iyun aylarında baş tutan səfər çərçivəsində nazir müavini Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında fəaliyyət göstərən muzeylər, mədəniyyət mərkəzləri, mədəniyyət obyektləri, mədəniyyət və təbiət qoruqları, mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektləri, turizm nümayiş obyektləri və turizm informasiya mərkəzlərində olmuş və obyektlərin rəhbərləri ilə görüş keçirib. Görüşdə turistlərə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması və bu sahədə mövcud olan problemlərin həlli istiqamətində fikir mübadiləsi aparıldı, həmçinin yerli mütəxəssislərin təklifləri dinlənilib. N. Səmədov şimal bölgəsi üzrə hər bir rayonun icra hakimiyyəti başçıları ilə də görüşüb. Görüşlərdə hər bir rayon üzrə səfərin nəticəsinə uyğun olaraq onlarla müzakirələr aparılıb. Səfərin nəticəsi olaraq nazirə müvafiq hesabat təqdim olunub. Cari ilin iyul ayında nazir müavini Nazim Səmədovun şimal-qərb bölgəsində (Oğuz, Qəbələ, İsmayıllı və Şamaxı) fəaliyyət göstərən turizm xidməti və turizm nümayişi obyektlərinə baxış keçirilməsi və ərazinin turizm potensialının öyrənilməsi məqsədilə səfərləri davam edir. Səfər zamanı lisenziya əsasında fəaliyyət göstərən yerləşdirmə obyektləri və mədəniyyət obyektlərinin rəhbərləri, eyni zamanda rayon icra hakimiyyəti başçıları ilə də görüşlərin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR