Bank Of Baku

Turizm İnstitutunun məzunlarına diplomlar təqdim edilib

Turizm İnstitutunun məzunlarına diplomlar təqdim edilib
# 12 iyul 2012 15:39 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. "Hilton Baku" otelində Azərbaycan Turizm İnstitutunun III buraxılışına həsr olunmuş "Məzun-2012" adlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Turizm İnstitutunun (ATİ) rektoru Cəfər Cəfərov, dövlət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar, elm və ali təhsil müəssisələrinin, institutun tərəfdaşları olan xarici təhsil müəssisələrinin, habelə turizm sahəsində fəaliyyət göstərən tanınmış şirkətlərin nümayəndələri iştirak edib.

C. Cəfərov çıxışında bildirib ki, 2006-cı ildən fəaliyyət göstərən təhsil ocağında hazırda bakalavr səviyyəsində 11 ixtisas üzrə 1395 tələbə təhsil alır: “Onların əksəriyyəti ölkədə yeni fəaliyyətə başlamış turizm müəssisələrində və beşulduzlu mehmanxanalarda əmək fəaliyyətinə başlayıblar. Son 2 ildə institutumuzdan məzun olanların sayı 288 nəfərdir. Biz bundan sonra da təhsilin yüksək səviyyədə təşkili üçün əlimizdən gələni edəcəyik”.

Nazir Ə. Qarayev də öz növbəsində ATİ-nin məzunlarını təbrik edib.

Tədbir zamanı cari ildə institutun məzunu adını qazanmış 210 nəfər tələbəyə diplomlar, o cümlədən 4 nəfərə magistr diplomu, Azərbaycan-Avstriya Turizm Təhsili Proqramı üzrə təhsil almış 30 nəfərə isə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomları təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR