Bank Of Baku

Bakıda “İpək yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm” adlı beynəlxalq konfransı keçiriləcək

Bakıda “İpək yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm” adlı beynəlxalq konfransı keçiriləcək
# 13 iyul 2012 09:07 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi edəcəyi “İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm” adlı beynəlxalq konfransı keçiriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 6-7-də keçirilməsi nəzərdə tutulan konfransda bir sıra ölkələrin turizm nazirliklərinin, turizm sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirtak edəcək.

Ümumdünya Ticarət Təşkilatının İpək Yolu Proqramının başlıca məqsədlərindən biri İpək Yolunda davamlı turizmin inkişafına nail olmaq, güclü beynəlxalq turizm əlaqələri qurmaq və birgə təşəbbüslərə dəstək verməkdir.

Qeyd edək ki, konfransın keçirilməsi haqqında saziş 2012-ci ilin aprel ayında Bakıda təşkil olunan Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi zamanı imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR