Bank Of Baku

İndoneziya səfiri Turizm İnstitutunda görüş keçirib

İndoneziya səfiri Turizm İnstitutunda görüş keçirib
# 26 iyul 2012 14:00 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. İndoneziyanın ölkəmizdəki səfiri Prayono Atiyanto və səfirin müşaviri Aqus Trimartono Azərbaycan Turizm İnstitutunda (ATİ) olublar. APA-nın məlumatına görə, ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov böyük elçi və onun müşaviri ilə görüş zamanı diplomatların ali təhsil ocağını ziyarət etmələrindən məmnun qaldığını deyib. Rektor C. Cəfərov Azərbaycanda turizm sahəsində ixtisaslaşan yeganə təhsil-təlim-tədqiqat mərkəzi olması faktına aydınlıq gətirib. O, Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə müqavilə çərçivəsində ikili diplom proqramının üstünlüklərini açıqlayıb. Bakalavr, magistr pilləsini uğurla bitirən 211 məzundan 24 nəfərin eyni zamanda Avstriyanın Krems Universitetinin diplomunu aldığını, ümumilikdə son 3 il ərzində 503 nəfərin ATİ-nin məzun diplomunu aldığını bildirən rektor, ATİ məzunlarının dünyanın bir sıra ölkələrində, eləcə də Azərbaycanın nüfuzlu otellərində çalışdığını qonaqların nəzərinə çatdırıb.

Səfir İndoneziyada bir sıra dövlət və özəl ali məktəblərində turizm təhsilinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. ATİ-dəki tanışlıq görüşünün iki ölkənin ali təhsil müəssisələri arasında faydalı əməkdaşlığa səbəb ola biləcəyinə inandığını önə çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR