Bank Of Baku

Əbülfəs Qarayev: “Azərbaycanın Qərb bölgəsinin mövcud potensialı turizmi daha da inkişaf etdirməyə imkan verir”

Əbülfəs Qarayev: “Azərbaycanın Qərb bölgəsinin mövcud potensialı turizmi daha da inkişaf etdirməyə imkan verir”
# 26 iyul 2012 15:12 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Nazirliyin kollegiya iclasını keçirmək üçün Şəmkirə gələn nazir bildirib ki, Qərb bölgəsinin mövcud şəraiti, potensialı turizmi daha geniş şəkildə inkişaf etdirməyə imkan verir: “Son illər bölgədə yeni, müasir mehmanxanalar tikilir. Mehmanxanalarda təklif olunan xidmətlərin səviyyəsinin artırılması, kadr hazırlığı, turizm sahəsi üçün yeni kadr hazırlığı ilə məşğul olacağıq. Bu məqsədlə yeni tədris ocaqlarının yaradılması da gündəmdədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR