Bank Of Baku

Bakıda MDB ölkələri üzrə I Mehmanxana İnvestisiya Konfransı keçiriləcək

Bakıda MDB ölkələri üzrə I Mehmanxana İnvestisiya Konfransı keçiriləcək
# 27 iyul 2012 14:48 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda Qonaqpərvərlik üzrə Beynəlxalq Konsaltinq Təşkilatı (HVS) MDB ölkələri üzrə I Mehmanxana İnvestisiya Konfransı (İCON-2012) təşkil edəcək. Konfrans regionda qonaqpərvərlik sektorunun və investisiya mühitinin inkişafına nail olmaq məqsədilə reallaşdırılır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirin sentyabrın 18-19-da “JW Marriott Absheron Baku” hotelində keçirilməsi nəzərdə tutulur.
Qonaqpərvərlik üzrə Beynəlxalq Konsaltinq Təşkilatı uzun illərdir öz tədqiqat və analizlərinə əsasən mehmanxana sektorunun qarşılaşdığı problemlərin həllinə nail olur, MDB ölkələrinin bu sahədə yüksək nailiyyət əldə etməsinə yardım edir. 1980-ci ildən fəaliyyət göstərən təşkilatın beynəlxalq şəbəkəsində 32 ofisi mövcuddur ki, burada da 350 nəfərdən artıq peşəkar mütəxəssis çalışır. İCON beynəlxalq investor və operatorları, nüfuzlu regional ekspertləri, eyni zamanda MDB ölkələrində qonaqpərvərlik sahəsində tanınmış şirkətləri birləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR