Bank Of Baku

Bakıda qonaqlama fəaliyyəti üzrə beynəlxalq konfrans keciriləcək

Bakıda qonaqlama fəaliyyəti üzrə beynəlxalq konfrans keciriləcək
# 02 avqust 2012 12:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabrın 18-19-da Bakıda Gürcüstan və MDB ərazisində qonaqlama fəaliyyəti üzrə beynəlxalq konfrans keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, tədbir HVS beynəlxalq konsaltinq şirkətinin təşkilatçılığı ilə keçiriləcək.

Konfrans qeyd olunan regionda hotel işinin təşkili, paytaxt və paytaxtdan kənar regionlarda turizm xidmətlərinin inkişafı, mövcud investisiya imkanları, bu sahədə mövcud və potensial çətinliklər və problemlər, qeyd olunan fəaliyyət növünün həyata keçirilməsinin hüquqi aspektləri, hökumətin sözügedən sahəyə ayırdığı diqqət və dəstək mövzusuna həsr olunacaq.

Konfransda investorlar, hotel və mehmanxana sahibləri və idarəçiləri, hüquqşünaslar, arxitektor və dizaynerlər, həmçinin hökumət rəsmilərinin iştirakı nəzərdə tutulur. Konfransın təşkilində əsas məqsəd region ölkələrinin hotel işi və turizm sahəsində fəaliyyət göstərən şirkətləri arasında bilik və təcrübə mübadiləsinin aparılması, mövcud və potensial çətinliklərin aradan qaldırılması və bu sahənin davamlı və yüksələn xətlə inkişafının təmin edilməsi yollarının müzakirə edilməsindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR