Bank Of Baku

“SW TRAVEL” şirkəti Türkiyənin Uludağ dağ-xizək kurortuna Yeni il turpaketləri təklif edir

“SW TRAVEL” şirkəti Türkiyənin Uludağ dağ-xizək kurortuna Yeni il turpaketləri təklif edir
# 12 sentyabr 2012 14:16 (UTC +04:00)
Bakı – APA-Economics. “SW TRAVEL” şirkəti Yeni ili qeyri-adi mühitdə qarşılamaq istəyənlər üçün Türkiyənin Uludağ dağ-xizək kurortuna turpaketlər təklif edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, 6 gecə/7 günlük paket bir nəfər üçün 798 manat təşkil edir.

Uludağ dağ-xizək kurortu qış istirahətini sevənləri əlverişli şəraiti, yüksək səviyyəli mehmanxanaları və zəngin mineral sərvətləri ilə cəlb edir. Bu, ailəvi istirahət üçün ideal kurort hesab olunur. Enli yamaclarla xizək sürmək və qar yağmış meşələrin möhtəşəm mənzərəsi təkcə böyükləri deyil, uşaqları da heyran edir.

Uçuşlar bu il dekabrın 28-29-da həyata keçiriləcək. Bakı-İstanbul (Sabiha Gökçen)-Bakı marşrutunu nəzərdə tutan aviabiletə sərnişinlərin hotelə və aeroporta aparılıb gətirilməsi, hotellərdə istədikləri menyünü seçməsi, Yeni il yeməyi və sığorta daxildir. Turpaketi www.swtravel.az saytında onlayn seçmək mümkündür. Əlavə məlumat üçün [email protected] elektron poçtuna və ya +994 12 598 88 80 (*8880), +994 12 437 40 85 saylı telefonlara müraciət etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR