Bank Of Baku

Azərbaycan ekoturizmin inkişafı mövzusunda beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan ekoturizmin inkişafı mövzusunda beynəlxalq konfransda iştirak edəcək
# 13 sentyabr 2012 08:45 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Sentyabrın 16-22-də Türkiyənin Antalya şəhərində «İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdə ekoturizmin inkişafı» mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində ekoturizm üzrə ümumi və praktiki araşdırmalar, xidmətlər və infrastruktur, beynəlxalq təcrübə və ekoturizm fəaliyyətinin planlaşdırılması mövzuları üzrə fikir mübadiləsi aparılacaq.

Konfransda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Cəmil Kəlbəliyev iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR