Əbülfəs Qarayev Azərbaycan Turizm İnstitutunda keçirilən “Bilik günü”ndə iştirak edib
Mərasimdə çıxış edən ATİ-nin rektoru Cəfər Cəfərov bildirib ki, bu il ATİ-yə yalnız bakalavr pilləsi üzrə 386 nəfər qəbul olub və bütün plan yerləri tam dolub. Rektor onu da qeyd edib ki, ATİ-yə qəbul planına görə əslində 336 nəfərin qəbulu nəzərdə tutulub, lakin Nazirlər Kabineti dövlət sifarişi ilə plan yerini 50 nəfər artırıb, beləliklə də instituta 10 ixtisas üzrə 386 nəfər tələbə qəbul olunub. ATİ-yə qəbul olmuş tələbələrin 248-i dövlət sifarişi əsasında, 138-i isə ödənişli əsaslarla təhsil alacaq. Tələbələrdən 28 nəfəri məcburi köçkündür. Azərbaycan sektoruna 326, rus sektoruna isə 55 tələbə qəbul olub. Qəbul olanların yarıdan çoxu qəbul imtahanlarında 400-dən yuxarı bal toplayıb. İki tələbə 600-dən çox bal toplayıb, balı 250-dən az olan tələbələrin sayı isə cəmi 5 nəfərdir.
Rektor həmçinin 2012/2013-cü tədris ilində ATİ-də mövcud təhsil pillələrinin hamısı üzrə qəbul prosesinin davam etdiyini söyləyib. Belə ki, hazırda ilkin peşə təhsili üzrə ATİ nəzdində Bakı Turizm Peşə Məktəbində təsdiq edilmiş plana əsasən 11 ixtisas üzrə 400 plan yerinə 448 nəfər sənəd təqdim edib. Həmçinin magistratura pilləsində 69 plan yeri üzrə qeydiyyat davam etdirilib, doktorantura üzrə qəbulun isə cari ilin sonunda keçirilməsi nəzərdə tutulur.
Hazırda ATİ-nin 2 korpusunda 1500-dən çox bakalavr tələbə təhsili alır. Ümumilikdə isə ATİ-də təhsilin bütün səviyyələrində 2000-dən çox şəxs turizm sahəsi üzrə kadr kimi hazırlanır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev gəncləri tələbə adını qazanmaları münasibəti ilə təbrik edib. ATİ-nin uğurlarından bəhs edən nazir institutun ali təhsil ocağı kimi ölkədə öz yeri və dəsti-xəttinin olduğunu qeyd edib, ATİ-də oxumağın çətin, lakin məzun olduqdan sonra iş tapmağın asan olduğunu vurğulayıb.
Nazir bildirib ki, hazırda ATİ-nin 498 məzunu ölkəmizin turizm sənayesinin inkişafı üçün uğurla çalışır, yeni açılan beşulduzlu hotellərdə, digər turizm obyektlərində beynəlxalq səviyyəli peşəkar kadrlar kimi özlərini təsdiq edirlər. ATİ Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə sıx əməkdaşlığını uğurla davam etdirir və həyata keçirilən birgə proqram çərçivəsində bu günədək institutun 57 məzunu ikili diplom alıb. Cari tədris ilindən ölkədə ilk dəfə olaraq ATİ-də ikili təhsil sistemi ilə magistratura proqramı da təşkil ediləcək.
Turizm
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
NK “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı tapşırıb
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək
Xəbər Lenti
SEPAH: ABŞ-la əlaqəli 3 gəmi və 3 neft tankeri hədəfə alınıb
Putin-Uitkoff-Kuşner danışıqları iki saatdan çoxdur davam edir - VİDEO - YENİLƏNİB-1
Konqoda toy mərasimində baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
Merz Almaniyanın sənaye sektorunda iş yerlərini itirdiyini etiraf edib
Zelenski: Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB