Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq 0,2% enib
# 18 sentyabr 2012 06:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 13 553 bəndədək, S&P 500 0,3% - 1 461 bəndədək, Nasdaq 0,2% - 3 179 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə əsasən texniki amil təsir edib. Belə ki, ötən həftə ərzində indekslərin artması müşahidə olunub ki, bu artımdan sonra indekslərdə müəyyən səviyyədə korreksiya baş verib.

Avropa fond bazarlarında sentyabrın 17-də FTSE 100 indeksi 0,4% - 5 894 bəndədək, Almaniya DAX-ı 0,1% - 7 404 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 554 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,0% azalaraq 1 758,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3102 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR