Bank Of Baku

Sabah “III Milli Turizm” mükafatının təqdimetmə mərasimi keçiriləcək

Sabah “III Milli Turizm” mükafatının təqdimetmə mərasimi keçiriləcək
# 26 sentyabr 2012 14:32 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycanda “27 sentyabr Ümumdünya turizm günü” qeyd ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkəmizdə turizmin iqtisadiyyatın prioritet sahəsi kimi inkişafında nəzərəçarpacaq nailiyyətlər əldə etdiyini və 2012-ci il “Ümumdünya turizm günü”nün qeyd olunması münasibəti ilə aidiyyəti dövlət qurumlarının, rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin, həmçinin turizm sənayesində aktiv fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin iştirakı ilə 28 sentyabr 2012-ci il tarixində saat 10:30-da “Hilton Baku” mehmanxanasında Ümumdünya Turizm Gününə həsr olunmuş konfransın və müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulub.

Konfransın proqramına uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəsmi açılış nitqindən sonra Nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Azərbaycanda turizmin inkişafı barədə məlumatları konfrans iştirakçılara çatdıracaq. Eyni zamanda mehmanxana və turizm fəaliyyəti üçün xüsusi razılığın (lisenziyanın) yeni yaradılmış elektron xidmət yolu ilə verilməsi sisteminin, ”Şahdağ qış-yay turizm kompleksi” haqqında, həmçinin, Azərbaycan haqqında təəssüratların öyrənilməsi üzrə ”İTB Berlin-2012” beynəlxalq turizm sərgisində keçirilən sorğunun nəticələrinin təqdimatı keçiriləcək. Bununla yanaşı, Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən hazırlanmış “III Milli Turizm” mükafatı təqdim ediləcək. 2012-ci il “Ümumdünya turizm günü”nün qeyd olunması münasibəti ilə 27 sentyabr tarixində saat 10:00-dan Mədəniyyət və Turizm Nazirliyinin və “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu idarəsinin tabeçiliyində olan turizm nümayişi obyektlərinə (muzeylərə, qoruqlara, komplekslərə və abidələrə) bir günlük pulsuz giriş (açıq qapı) elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR