Bank Of Baku

Turizm İnstitutunda Ümumdünya Turizm gününə həsr olunan konfrans keçirilib

Turizm İnstitutunda Ümumdünya Turizm gününə həsr olunan konfrans keçirilib
# 27 sentyabr 2012 12:37 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA-Economics. Azərbaycan Turizm İnstitutunda 2013-cü ilin mayında Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq və 27 sentyabr - Ümumdünya Turizm günü münasibətilə “Turizmin mədəniyyətlərarası dialoqda yeri və rolu” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda ATİ-nin rektoru, professor Cəfər Cəfərov və Dialoq Avrasiya Platformunun (DAP) Azərbaycan üzrə koordinatoru Mustafa Saatçı çıxışlarında Davamlı turizmdə hər kəsin bir öhdəliyi olduğunu xüsusi qeyd ediblər.

Rektor Cəfər Cəfərov çıxışında ATİ-nin 7 illik fəaliyyəti dövründə ölkə ali təhsil ocaqları sırasında bir sıra yeniliklərə ilk imza atdığını deyib. O bildirib ki, hazırda ATİ-də təhsilin bütün səviyyələrində 2000-dən çox gəncin turizm sahəsi üzrə kadr hazırlığını həyata keçirilir. Turizmin mədəniyyətlərarası dialoqda yeri və rolu mövzusuna həsr olunan konfransda BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə nümayəndəsinin müavini Vəfa Səfərli, “Çağ Öyrətim İşlətmələri” şirkətinin idarə heyətinin sədri Ənvər Özerin, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğat müşaviri Seyit Ahmet Arslan, ATİ-nin dekanı Nəsrulla Nəsirli, institutun dosenti Minaxanım Əsədova məruzə ilə çıxış ediblər.

Sonda ATİ-nin rektoru Cəfər Cəfərov, Qafqaz Universitetinin rektoru Ahmet Sanıç Beynəlxalq Turizm Günü münasibətilə konfrans iştirakçılarını təbrik ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR