Bank Of Baku

Şahdağ qış-yay turizm kompleksi dekabrdan ilk turistləri qəbul edəcək

Şahdağ qış-yay turizm kompleksi dekabrdan ilk turistləri qəbul edəcək
# 28 sentyabr 2012 09:29 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA-Economics. Şahdağ qış-yay turizm kompleksi dekabrın 15-20-də ilk turistləri qəbul etməyə başlayacaq. “APA-Economics”in xəbərinə görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin İnvestisiya və texniki proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimov Bakıda keçirilən Ümumrespublika daxili turizm konfransında çıxışında deyib.

O bildirib ki, kompleks istifadəyə verildikdən sonra bura gün ərzində 10 min turistin gəlməsi və onlardan 5 mininin gecələməsi nəzərdə tutulur: “Birinci mərhələdə 4 kanat yolu hazır olacaq. Bu yolun uzunluğu 6,5 km-dir. Bu kompleksdə 3, 4 və 5 ulduzlu hotellərin tikintisi və 150-yə yaxın kotteclərin tikintisi gözlənilir”.

R.Abduləlimov qeyd edib ki, artıq qış apartman hotel hazırdır: “Kompleksdə istirahət, ticarət mərkəzləri, restoran, kafe, oyun zalı, atsürmə, xizəksürmə və digər xidmətlər turistlərin ixtiyarında olacaq”.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə bildirib ki, kompleksdə çalışacaq işçilərin yığılmasına bu gündən işə başlamaq lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR