Azərbaycanda Ümumrespublika daxili turizm konfransı keçirilib – FOTOSESSİYA
APA-nın məlumatına görə, tədbirdə mehmanxana və turizm fəaliyyəti üçün xüsusi razılığın (lisenziyanın) yeni yaradılmış elektron xidmət sisteminin, Şahdağ qış-yay turizm kompleksi, həmçinin Azərbaycan haqqında təəssüratların öyrənilməsi üzrə «İTB Berlin-2012» beynəlxalq turizm sərgisində keçirilən sorğunun nəticələrinin təqdimatı keçirilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilk əvvəl turizmçiləri Ümumdünya Turizm Günü münasibətilə təbrik edib. Nazir turizm sahəsində əldə olunan uğurlar və nailiyyətlər, eyni zamanda neqativ hallardan danışıb. Ə.Qarayev Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin inkişafına ehtiyac olduğunu vurğulayıb. Nazir bildirib ki, ilk dəfə olaraq Tvinninq layihəsi Azərbaycana turizm sahəsində qrant ayıracaq: “Artıq bununla bağlı danışıqlar olub və razılıq əldə olunub. Bu qrant yaxın müddət üçün ayrılmalıdır”.
Nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, 2001-ci ilin sentyabrında BMÜTT-nin Baş Assambleyasının XIV sessiyasında Azərbaycan bu təşkilatın tamhüquqlu üzvlüyünə qəbul edilib. Şöbə müdiri bildirib ki, Azərbaycanda 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərinin mütəmadi şəkildə təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədi ilə müvafiq layihələr həyata keçirilir: “Belə ki, hazırda Bakıda yeni müasir standartlara uyğun 5 və 4 ulduzlu mehmanxanaların inşası, Bakı və regionlar üzrə 50-dək mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin tikintisi aparılır. Şahdağ qış-yay turizm kompleksi kimi böyük layihənin reallaşması nəticəsində yüksək keyfiyyətli turizm xidmətinə nail olmaq olar. Bu məqsədə nail olmaq üçün əsas hədəflərdən biri bu obyektlərdə xidmət sahəsində çalışacaq müxtəlif peşələr üzrə bacarıqlı kadrların hazırlamasına olan ehtiyacın aradan qaldırılmasıdır”.
Konfransda Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, Qax rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov, Quba rayon mədəniyyət və turizm şöbəsinin müdiri Elxan Məhərrəmov və başqaları çıxış ediblər.
Tədbirin sonunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən Bakı Turizm İnformasiya Mərkəzinin hazırladığı «III Milli Turizm» mükafatı sahiblərinə təqdim edilib.
Turizm
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
NK “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı tapşırıb
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək
Xəbər Lenti
Putin-Uitkoff-Kuşner danışıqları başa çatıb - VİDEO - YENİLƏNİB-2
Ağdamda traktor minaya düşüb
SEPAH: ABŞ-la əlaqəli 3 gəmi və 3 neft tankeri hədəfə alınıb
Konqoda toy mərasimində baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
Merz Almaniyanın sənaye sektorunda iş yerlərini itirdiyini etiraf edib
Zelenski: Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir