Bank Of Baku

Azərbaycan turistləri üçün Rumıniya paytaxtına yeni marşrut açılıb

Azərbaycan turistləri üçün Rumıniya paytaxtına yeni marşrut açılıb
# 04 oktyabr 2012 12:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Birləşmiş Ərəb Əmirliklərinin «Flydubai» aviaşirkəti Dubaydan Buxarestə (Rumıniya) birbaşa sərnişin aviareyslərinə başlayaraq, Mərkəzi və Şərqi Avropa ölkələri üzrə reyslərin coğrafiyasını genişləndirir.

Aviaşirkətdən «APA-Economics»ə verilən məlumata görə, ilk aviareysin yerinə yetirilməsi ilə əlaqədar keçirilən tədbirdə çıxış edən «Flydubai»ın baş icraçı direktoru Qeyt əl Qeyt bildirib ki, «Flydubai» Mərkəzi və Şərqi Avropa bazarına ilk dəfə 2009-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərinə hava yolu açaraq daxil olub: «O vaxtdan bəri şirkətimiz regionda iştirakını xeyli artırıb və yerli hava daşıyıcılar bazarında ön mövqedə yer almağa müvəffəq olub. Buxarest şəhərinə reyslərin açılması ilə şirkətimizin marşrut xəritəsi artıq regionun 8 ölkəsini və 13 şəhərini əhatə edir. Hazırda Rumıniyadan başqa, «Flydubai» təyyarələri region üzrə Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Serbiya və Ukraynaya uçur. Hər həftə aviaşirkət adı çəkilən region üzrə 78 reys həyata keçirir».

Dubay-Buxarest-Dubay aviareysinə bir aviabiletin minimal qiyməti 446 avro təşkil edir. Tarifə bütün vergi və rüsumlar, 20 kq yükün daşınması, 7 kq-dək əl yükü, əl çantası və yaxud noutbuk (çexolda) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR