Bank Of Baku

Azərbaycanda bir sıra mehmanxana və mehmanxana tipli obyektlərə lisenziya verilib

Azərbaycanda bir sıra mehmanxana və mehmanxana tipli obyektlərə lisenziya verilib
# 04 oktyabr 2012 15:09 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, lisenziyaların verilməsi ölkə başçısının müvafiq fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar»a və Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qaydalarına əlavələr edilməsi barədə» qərarına uyğun olaraq həyata keçirilib.

Lisenziyalar paytaxt və digər bölgələrdə fəaliyyət mehmanxana və mehmanxana tipli obyektlərdən “Royal Park Hotel”, “Narın Qala”, «Azpetrol», «AB Qala», «Arena», «New Baku», «Nabran», «Grand Hotel», «AYF Palace Hotel”, «Ailə Sevinc»ə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR