Azərbaycanın mədəniyyət və turizm naziri Litvanın mədəniyyət naziri ilə görüşüb
05 oktyabr 2012 13:11 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Litvanın mədəniyyət naziri Arunas Gelunası qəbul edib.
APA-nın məlumatına görə, görüş zamanı Azərbaycanla Litva arasında əməkdaşlıq müzakirə olunmuş, münasibətlərin hazırkı vəziyyəti yüksək qiymətləndirilib.
Görüşdə həmçinin Litva tərəfi ilə imzalanmış sazişlərin implementasiyası sahəsində tədbirlər və yeni layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb. Daha sonra Ə.Qarayev A.Gelunası 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət edib.
Görüşün sonunda Arunas Gelunas səmimi qəbula görə öz həmkarına təşəkkürünü bildirib və iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu qeyd edib.

Turizm
Kopenhagen-Tokio reysi üzrə uçan təyyarə Bakıya təcili eniş edib
21:58
9 may 2024
DTA: Gələn il turizm sektoru üçün gərgin dövr olacaq
10:52
8 may 2024
Bu il Azərbaycandan xaricə hava yolu ilə 1 mln. sərnişin daşınıb
17:47
7 may 2024
Azərbaycan Körfəz ölkələri arasında ən çox səyahət edilən ölkə seçilib
16:45
7 may 2024