Bank Of Baku

Macarıstanın turizm şirkətləri nümayəndələrinin Azərbaycana infoturu təşkil olunub

Macarıstanın turizm şirkətləri nümayəndələrinin Azərbaycana infoturu təşkil olunub
# 08 oktyabr 2012 15:02 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Macarıstanın aparıcı turizm şirkətləri, agentlikləri və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət 15 nəfərlik qrupun ölkəmizə infoturu təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qrupun tərkibində «Quaestor», «Cartour», «İbusz», «Neckermann», «Tensi», «Napi gazdasag», «GoUtazas Magazine», «Vista» turizm şirkətlərinin, «Türk Hava Yolları» şirkətinin və «Nepszabadsag», «RTL Klub», «Turizmus Trend Magazin», «İnfo Radio», «1000 Ut» kütləvi informasiya vasitələrinin nümayəndələri təmsil olunublar. Səfər çərçivəsində qonaqlar Quba rayonunda keçirilən «Alma» festivalında iştirak edib və Xınalıq kəndinə səfər ediblər.

İnfotur zamanı xarici şirkətlərin nümayəndələri ilə Azərbaycanın daxili turizmin inkişafı ilə məşğul olan turizm şirkətlərinin əməkdaşları arasında qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR