Azərbaycan turistləri üçün Səudiyyə Ərəbistanın daha bir şəhərinə marşrut açılır
10 oktyabr 2012 11:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 7-dən etibarən Birləşmiş Ərəb Əmirliklərinin «Flydubai» aviaşirkəti Dubaydan Tabuk şəhərinə (Səudiyyə Ərəbistanı) birbaşa sərnişin aviareysi üzrə uçuşlara başlayacaq.
Aviaşirkətdən «APA-Economics»ə verilən məlumata görə, Tabuk şəhərinə uçuşlar Dubay Beynəlxalq Hava Limanının şimal hissəsində yerləşən 2-ci terminaldan həyata keçiriləcək. Sözügedən marşrut üzrə hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 272 ABŞ dolları təşkil edir.
Qeyd edək ki, Tabukda fəal infrastruktur layihələri həyata keçirilir. Onlardan biri Tabuk Hava Limanının yenidən qurulması işləridir. Şəhərə daha çox beynəlxalq şirkətlər, xüsusilə regiona investisiya yatırmaq marağında olan, ən böyük otel şəbəkələrinin nümayəndələri təşrif buyurur.
Xatırladaq ki, hazırda «Flydubai» aviaşirkəti Səudiyyə Ərəbistanın Riyad, Ciddə, Abha, Dammam, Qasım, Taif və Yanbu şəhərlərinə birbaşa uçuşlar yerinə yetirir.

Turizm
Kopenhagen-Tokio reysi üzrə uçan təyyarə Bakıya təcili eniş edib
21:58
9 may 2024
DTA: Gələn il turizm sektoru üçün gərgin dövr olacaq
10:52
8 may 2024
Bu il Azərbaycandan xaricə hava yolu ilə 1 mln. sərnişin daşınıb
17:47
7 may 2024
Azərbaycan Körfəz ölkələri arasında ən çox səyahət edilən ölkə seçilib
16:45
7 may 2024