Bank Of Baku

Fransa Azərbaycan vətəndaşları üçün vizanın verilmə müddətini azaldır

Fransa Azərbaycan vətəndaşları üçün vizanın verilmə müddətini azaldır
# 12 oktyabr 2012 13:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Fransa səfirliyi Azərbaycan vətəndaşları üçün vizanın verilmə müddətini azaltmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönie (Pascal Mounier) bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Fransa arasında əlaqələr ilbəil inkişaf etdirilir və bu əlaqələr gələcəkdə də genişləndiriləcək: «Biz iki ölkə arasında bir çox sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik. Hazırda Azərbaycan vətəndaşları üçün vizanın verilmə müddətinin azaldılması istiqamətində işlər aparılır ki, yaxın gələcəkdə Azərbaycan vətəndaşları vizanı 10 günə, hətta 8 gün ərzində ala biləcək».

Xatırladaq ki, hazırda Fransa səfirliyindən vizanın alınması üçün təxminən 15 gün tələb olunur.

Qeyd edək ki, hazırda Bakıdan Fransanın paytaxtı Paris şəhərinə həftədə 4 dəfə birbaşa sərnişin aviareysləri mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR