Azərbaycandakı hotellərin gəlirləri son bir ildə 37% artıb
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, birdəfəlik tutumun 9 790-ı Bakı şəhərindəki mehmanxanalarda, 22 060-ı isə ölkənin digər rayon və şəhərlərindəki mehmanxanalarda mövcuddur.
«Bu dövrdə mehmanxanalarda yerləşdirilmiş şəxslərin sayı 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 48,2% artaraq 296,4 min nəfər olub ki, onların da 60,9%-i xarici ölkə vətəndaşları olub. Ölkədə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi və turizm infrastrukturunun sürətli inkişafı nəticəsində mehmanxanaların xidmətlərindən istifadə edən xarici ölkə vətəndaşlarının sayında daha çox artım müşahidə olunub. Belə ki, mehmanxanalarda gecələyən əcnəbilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 70,7% və ya 74,7 min nəfər artaraq 180,5 min nəfər olub. Yerləşdirilmiş Azərbaycan vətəndaşlarının sayı 23% artaraq 115,9 min nəfər olub. Mehmanxanalarda qalan qonaqların 27,6 min nəfəri (9,3%-i) turizm yollayışları ilə gələn turistlər olub», - deyə Komitədən bildirilib.
Hesabat dövründə mehmanxanalarda keçirilən gecələmələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,5% artaraq 612,3 min adam-gecə təşkil edib. Gecələmələrin 51,2%-i xarici ölkə vətəndaşlarının payına düşüb. Ümumi gecələmələrin 60,4%-i Bakı şəhərində, qalan hissəsi isə ölkənin digər rayonlarda (şəhərlərdə) qeydə alınıb.
Mehmanxana və mehmanxana tipli müəssisələrdə müvəqqəti yerləşmə üzrə xidmət göstərilən şəxslərin əsas hissəsi (84,6%-i) turizm məqsədilə səfər edənlər olub. Turistlərin 40,2%-i istirahət və əyləncə, 50,3%-i işgüzar və qalanları digər turizm məqsədilə səfər edib: «Bakı, Naxçıvan MR, Quba, Şəki, Xaçmaz, Şamaxı, Masallı, Qəbələ, İsmayıllı, Abşeron, Sumqayıt şəhəri və Lənkəran rayonlarına istirahət etmək məqsədilə səfər edən turistlərin sayı digər rayon və şəhərlərlə müqayisədə daha çox olub. Turizm məqsədilə səfər edən ölkə vətəndaşlarının 57,3%-ni Bakı şəhərinin sakinləri təşkil edib».
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu dövrdə mehmanxana və mehmanxana tipli müəssisələrin əldə etdikləri gəlir 36,9% artaraq 68,8 mln. manat olub. Gəlirlərin 75,2%-i nömrələrin satışından, 15,4%-i içkilər də daxil olmaqla qida məhsullarının satışından, qalanı isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Mehmanxanalarda çalışan işçilərin orta siyahı sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 697 nəfər artaraq 6 013 nəfərə çatmışdır. Bir işçiyə düşən orta aylıq əmək haqqının məbləği 317 manat təşkil edib.
Turizm
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
NK “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı tapşırıb
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək
Xəbər Lenti
WP Sudan hökumətinin gizli kimyəvi silah ehtiyatlarına malik olduğunu iddia edir
Putin-Uitkoff-Kuşner danışıqları başa çatıb - VİDEO - YENİLƏNİB-2
Ağdamda traktor minaya düşüb
SEPAH: ABŞ-la əlaqəli 3 gəmi və 3 neft tankeri hədəfə alınıb
Konqoda toy mərasimində baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
Merz Almaniyanın sənaye sektorunda iş yerlərini itirdiyini etiraf edib
Zelenski: Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb