Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi iş adamlarına üç ulduzlu hotellər inşa etməyi tövsiyə edib
05 noyabr 2012 13:34 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bu gün Bakıda keçirilən Xəzər –Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşündə deyib. Nazirlik rəsmisinin sözlərinə görə, iş adamları daha çox regionlarda dörd və beş ulduzlu hotellər tikməyə üstünlük verirlər: “Lakin indi iş adamlarına artıq üç ulduzlu hotellər tikməyi tövsiyə edirik. Çünki orta səviyyəli turistlərin də gəlib həmin hotellərdə qala bilməsinə şərait yaratmalıyıq”.
A. İsmiyev deyib ki, Azərbaycanda fəaliyyət göstərən hotel və istirahət mərkəzlərinə müəyyən güzəştlərin tətbiq edilməsi məqsədilə layihələr hazırlansa da, onlar qəbul olunmayıb. Şöbə müdiri əlavə edib ki, Azərbaycanda fəaliyyət göstərən mehmanxanaların 70 faizi lisenziya alıb. Onun sözlərinə görə, hazırda ölkədəki mehmanxanaların sayı 508-dir. A. İsmiyev deyib ki, digər mehmanxanaların lisenziya ala bilməməsinin səbəbi sənəd çatışmazlığıdır: “Mehmanxanalar ona görə lisenziya ala bilmirlər ki, onların müəyyən sənədləri çatmır. Əgər hansısa hotelin tələb olunan müəyyən sənədi yoxdursa, o hotel istismar üçün yararlı sayılmır”.

Turizm
Azərbaycanda turizmlə bağlı yeni investisiya təşviq mexanizmləri hazırlanır
15:48
23 may 2024
Kopenhagen-Tokio reysi üzrə uçan təyyarə Bakıya təcili eniş edib
21:58
9 may 2024
DTA: Gələn il turizm sektoru üçün gərgin dövr olacaq
10:52
8 may 2024
Bu il Azərbaycandan xaricə hava yolu ilə 1 mln. sərnişin daşınıb
17:47
7 may 2024