Azərbaycana gələn turistlərin 90-95%-i İçərişəhəri ziyarət edir
08 noyabr 2012 14:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycana il ərzində xarici ölkələrdən gələn turistlərin 90-95%-i İçərişəhəri ziyarət edir”. Bunu APA-ya Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, İçərişəhərə çox böyük miqdarda daxili turist axını da var. Respublikanın müxtəlif bölgələrindən də İçərişəhərə çoxlu sayda turist gəlir.
M.Cabbarov deyib ki, turistlərin İçərişəhərə cəlb edilməsini stimullaşdırmaq üçün qoruq ərazisində turistlər üçün fəaliyyət növlərinin sayını artırmaq lazımdır: “Əsas vəzifəmiz İçərişəhərdə turizm infrastrukturunu zənginləşdirməkdir. Hazırda “Şirvanşahlar sarayı”nın yeni formatda təqdimatı layihəsini həyata keçiririk. Güman edirəm ki, gələn ilin birinci yarısına qədər bu layihə başa çatacaq və “Şirvanşahlar sarayı”nın muzey ekspozisiyası adına layiq şəkildə təqdim olunacaq”.

Turizm
Kopenhagen-Tokio reysi üzrə uçan təyyarə Bakıya təcili eniş edib
21:58
9 may 2024
DTA: Gələn il turizm sektoru üçün gərgin dövr olacaq
10:52
8 may 2024
Bu il Azərbaycandan xaricə hava yolu ilə 1 mln. sərnişin daşınıb
17:47
7 may 2024
Azərbaycan Körfəz ölkələri arasında ən çox səyahət edilən ölkə seçilib
16:45
7 may 2024