Bu gün Bakının iki rayonunda qazın verilişində fasilələr yaranacaq

Bu gün Bakının iki rayonunda qazın verilişində fasilələr yaranacaq
# 30 sentyabr 2016 07:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakı şəhəri Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, aşkar olunmuş qaz sızmasının ləğv olunması və payız –qış mövsümünə hazırlıqla əlaqədar cari təmir işləri aparıldığından, sentyabr ın 30-da saat 09:00-dan 18:00-dək Nizami rayonunun 8-ci km qəsəbəsi və ətraf ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR