Britaniyalı sabiq parlamentar: "Bu, Azərbaycanda indiyə kimi izlədiyim ən yaxşı seçkidir”

Britaniyalı sabiq parlamentar: "Bu, Azərbaycanda indiyə kimi izlədiyim ən yaxşı seçkidir”
# 01 noyabr 2015 15:32 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Bu, mənim Azərbaycanda indiyə kimi izlədiyim ən yaxşı seçkidir”.

APA-nın məlumatına görə, bu sözləri Böyük Britaniyanın sabiq parlament üzvü Maykl Hankok deyib. O, müşahidə prosesinə yaxından bələd olduğunu bildirib: “Hər bir seçki növbəti seçki üçün dərs rolunu oynayır. Hər dəfə seçki sistemi daha da inkişaf etdirilir. Zənnimcə, düzgün seçkiyə yaxın bir seçkidir. Cüzi hallar istisna olmaqla, seçki sistemi normal işləyir. Həmçinin qadınların seçkidə iştirakı çox təqdirəlayiqdir. Onlar həm seçici, həm də müşahidəçi kimi seçkinin vacib tərkib hissəsini təşkil edirlər. İnanıram ki, sabah Azərbaycan xalqı yeni günə başlayanda istədiyi seçki nəticəsinin şahidi olacaq. Bu seçkilərin şəffaf, azad və ədalətli olduğunu düşünürəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR