Pakistanda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 29 nəfər ölüb

Pakistanda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 29 nəfər ölüb
# 29 dekabr 2015 12:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Pakistanın Peşavar şəhərindəki Daxili İşlər Nazirliyi pasport-viza xidmətinin binasında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 29-a çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Geo Tv” telekanalı məlumat yayıb.

Məlumata görə, xəstəxanalara gətirilən yaralıların sayı 40-dan çoxdur.

Tibb işçiləri ölü sayının artacağını istisna etmirlər.

Terror aktına görə məsuliyyəti "Taliban"la bağlılığı olan “Camaat ul Əhrar” qruplaşması öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR