Bank Of Baku

Beynəlxalq səyyahlar Ağdama səfər edib - FOTO - YENİLƏNİB - VİDEO

Beynəlxalq səyyahlar Ağdama səfər edib - FOTO  - YENİLƏNİB  - VİDEO
# 22 oktyabr 2025 11:20 (UTC +04:00)

ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilər Qarabağa növbəti səfəri çərçivəsində Ağdam şəhərində olublar.

APA-nın Qarabağ bürosu xəbər verir ki, 8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (Most Traveled People) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Charles Veley (ABŞ) də təmsil olunan qonaqlar Ağdam şəhərində avtomobil turundan sonra Ağdam Cümə məscidində olublar.

Qonaqlara Prezidentin xüsusi nümayəndəsinin əməkdaşı məscid haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, dini abidə Ermənistan ordusu tərəfindən işğal dövründə dağıdılıb, qarət edilib. Həmçinin binanın içərisində donuz saxlanılıb. Şəhər işğaldan azad edildikdən sonra burada əsaslı restovrasiya işləri aparılaraq yenidən istifadəyə verilib.

Daha sonra səyyahlar Ağdam Çörək muzeyinin qalıqlarını ziyarət ediblər. Onlara muzey barədə məlumat verilib. Bildirilib ki, 1983-cü ildə yaradılmış muzey 1993-cü ildə işğaldan sonra ermənilər tərəfindən dağıdılıb.

Daha sonra qonaqlar Ağdam şəhərində aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.

Qeyd edək ki, səyyahlar Ağdam şəhərindən sonra Xankəndi şəhərinə yola düşüblər.

***

11:04

ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilər Ağdama səfər edib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, 8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (Most Traveled People) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Charles Veley (ABŞ) də təmsil olunur.

Qeyd edək ki, heyət 2 gün ərzində Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.

İşğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə 2021-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 14 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, eyni qəbildən olan sayca 15-ci səfərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR