BTRİB ötən ili 1,3 mln. manatlıq mənfəətlə başa vurub

BTRİB ötən ili 1,3 mln. manatlıq mənfəətlə başa vurub
# 13 iyul 2015 08:29 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) ötən il 2013-cü il ilə müqayisədə aktivlərini 0,9% artıraraq 159,169 mln. manata çatdırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə BTRİB-in maliyyə hesabatında bildirilir.

Hesabata əsasən, BTRİB aktivlərinin 97,898 mln. manatı uzunmüddətli, 61,271 mln. manatı isə qısamüddətlidir.

Ötən il BTRİB-in nizamnamə kapitalı 2,8 dəfə artaraq 16 mln. 445,318 min manat olub.

Hesabat dövründə müəssisənin məcmu kapitalı 77 mln. 406,634 min manat olub ki, bu da 2013-cü il ilə müqayisədə 19,1% çoxdur.

Bundan başqa, 2015-ci ilin əvvəlinə BTRİB-in öhdəlikləri 81,763 mln. manat olub ki, bu da illik müqayisədə 12,6% azalma deməkdir.

Öhdəliklərin 51,916 mln. manatı uzunmüddətli, 76,751 mln. manatı isə qısamüddətlidir.

BTRİB 2014-cü ili 1 mln. 338 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR