Bank Of Baku

“Şahdağ” qış-yay turizm kompleksi ilə bağlı qaynar xətt yaradılıb - FOTO

“Şahdağ” qış-yay turizm kompleksi ilə bağlı qaynar xətt yaradılıb  - <span style="color: red;">FOTO
# 11 fevral 2013 16:19 (UTC +04:00)

 

Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə Azərbaycanın daxili turizm bazarında çalışan 16 turizm şirkəti və Azərbaycan Turizm İnstitutunun tələbələri üçün yeni istifadəyə verilmiş “Şahdağ” Qış-Yay Turizm Kompleksinə infotur təşkil olunub.

 

APA-nın məlumatına görə, tədbir zamanı qonaqlar kompleksin xidmətləri ilə tanış olub və təklif olunan xidmətlərdən istifadə ediblər. Kompleksin nümayəndələri iştirakçılara ekskursiya keçərək ərazinin texniki imkanları barədə qonaqları məlumatlandırıblar.

 

Qeyd olunub ki, hazırda kompleks qismən istifadəyə verilib və digər xidmət obyektlərinin inşası davam etdirilməkdədir. Bir neçə saatlıq tanışlıq proqramından sonra kompleksin konfrans zalında toplantı keçirilib.

 

Toplantı zamanı nazir müavini Nazim Səmədov kompleksin qismən istifadəyə verildiyi və bunun nəticəsində turist axınının çox olduğunu nəzərə alaraq bir neçə çətinliklər yaratdığını bildirib. Kompleksin direktoru Emin Haşımov kompleksdə yaranmış mövcud vəziyyəti nəzərə alaraq, turizm şirkətləri ilə əməkdaşlığın səmərəli mexanizmlər çərçivəsində qurulmasının vacibliyini vurğulayıb. Daha sonra turizm şirkətləri kompleksin xidmətlərinin təkmilləşdirilməsinə dair təkliflərini bildirib, həmçinin tərəflər Şahdağ kompleksi və turizm şirkətləri arasında əməkdaşlıq mexanizmlərinə dair fikir mübadiləsi aparıblar. Görüşün nəticəsi olaraq belə bir razılıq əldə olunub ki, qismən istifadəyə verilmiş kompleksə səfər üçün akkreditasiya olunmuş şirkətlər tərəfindən yerlərin bronlaşdırılması və Şahdağ kompleksinə gətiriləcək turist qrupları barədə məlumatların paylaşması sistemi tətbiq olunsun. Eyni zamanda Şahdağ kompleksinə gələn turistlərinin hamısının sığortalanmasının vacibliyi bildirilib.

 

Bununla yanaşı, sifarişlərin qəbul olunması üçün 11 fevral tarixindən Bakı şəhərində “Call Center” məlumat və sifariş mərkəzi fəaliyyətə başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR