Bank Of Baku

Azərbaycan biznesmenləri Antalyada keçiriləcək beynəlxalq sərgiyə dəvət olunub

Azərbaycan biznesmenləri Antalyada keçiriləcək beynəlxalq sərgiyə dəvət olunub
# 08 yanvar 2013 07:01 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən iş adamları Antalyada (Türkiyə) keçiriləcək «ANFAŞ Hotel Equipment-24» beynəlxalq sərgidə iştirak etməyə dəvət olunub.

 

«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, Antalya İxracatçılar Birliyi Baş Katibliyinin təşkilatçılığı ilə yanvarın 21-24-də Antalya şəhərində «Beynəlxalq hotel, qarşılama, xidmət sektoru avadanlıqları, dekorasiya ixtisas Sərgisi» («ANFAŞ Hotel Equipment-24») keçiriləcək. Sərgidə iştirak etmək istəyənlər Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edə bilər.

 

Əlaqə telefonu: (+994 12) 444-73-20.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR