Bakı. Nicat Mustafayev – APA-Economics. Xorvatiya Azərbaycandakı investorları kurort layihəsinə vəsait yatırmağa dəvət edib.
«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, Xorvatiyanın «ASM» Səhmdar Cəmiyyəti Azərbaycan investorlarını «Pag Resort» kurortunun inkişaf etdirilməsi layihəsinə investisiya qoymağa dəvət edib. Layihənin texniki-iqtisadi əsaslandırılması və inkişaf planı artıq hazırdır.
Layihədə iştirak etməkdə maraqlı olan investorlar «ACM» şirkəti ilə əlaqə saxlaya bilərlər (+3851 4596 555).