Bank Of Baku

Azərbaycan prezidenti Bakıda keçirilən beynəlxalq turizm sərgisi ilə tanış olub - FOTOSESSİYA

Azərbaycan prezidenti Bakıda keçirilən beynəlxalq turizm sərgisi ilə tanış olub - <span style="color: red;">FOTOSESSİYA
# 05 aprel 2013 10:57 (UTC +04:00)

APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verib ki, sərgidə iştirakçı ölkələrin coğrafiyası hər il genişlənir. Bunun nəticəsidə, «AITF-2013» sərgisində 35 ölkədən 60-dan çox istiqaməti təmsil edən 251 şirkət iştirak edir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «ITE Group plc.» və onun tərəfdaşı olan «Iteca Caspian» şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə Monteneqro, Tailand, Tunis, Kanada, Mərakeş və Monakonun turizm operatorları ilk dəfə iştirak edir. Ənənəvi turizm marşrutları arasında Türkiyə, Gürcüstan, Çexiya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr yer alıb. «AITF-2013» sərgisində 20 ölkə milli stendləri ilə çıxış edir. Həmçinin sərgidə Azərbaycanın 20-dən çox rayonunun turizm potensialı nümayiş olunur.


Bununla yanaşı bildirilib ki, sərgiyə Dünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilir.


Qeyd edək ki, artıq ənənə halı almış bu sərgi çərçivəsində görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, turizmlə bağlı yeni proqramlar, qiymətlər barədə məlumatlar açıqlanır.
 

Prezident İ.Əliyev və xanımı M.Əliyeva sərginin pavilyonları ilə yaxından tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR