Bank Of Baku

Azərbaycan Qazaxıstanda keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan Qazaxıstanda keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək
# 27 mart 2013 13:38 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA. Qazaxıstanın Almatı şəhərində aprelin 24-26-da keçiriləcək “KİTF” beynəlxalq turizm sərgisində Azərbaycanın turizm potensialı 36 kv. metrlik pavilyonda nümayiş etdiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə ölkənin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri rus və ingilis dillərində hazırlanmış müxtəlif adda broşür, buklet və CD-lər vasitəsilə təbliğ olunacaq.

 

Sərgiyə nazirliyin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri qatılacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR