Bank Of Baku

Azərbaycan turistləri üçün Maldiv adalarına səyahət etmək üçün yeni aviareys açılıb

Azərbaycan turistləri üçün Maldiv adalarına səyahət etmək üçün yeni aviareys açılıb
# 23 yanvar 2013 12:15 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Dubayın «Flydubai» aviaşirkəti Maldiv adalarının paytaxtı olan Male şəhərinə birbaşa sərnişin aviareysi açıb. Bununla da Azərbaycan turistləri yeni marşrutla - Dubaydan Maldiv adalarına uça biləcəklər.

 

Aviaşirkətdən «APA-Economics»ə verilən məlumata görə, Dubay-Male aviareysi üzrə artıq ilk uçuş yerinə yetirilib.

 

«Flydubai aviaşirkətinin istifadəyə verdiyi hava yolu Maldiv adalarına səyahət edənlərin sayını artıraraq, eyni zamanda, yerli əhaliyə sərfəli tariflərlə Dubaya uçmaq imkanı yaradacaq. Üstəlik, yeni reys turizm sahəmizin inkişafına təkan verərək, əlavə turist axınının cəlb edilməsinə səbəb olacaq», - deyə Maldivin turizm, mədəniyyət və incəsənət naziri Əhməd Ədib Əbdül Qafur bildirib.

 

«Əminəm ki, Maldiv adalarına səyahətlər «Flydubai» aviaşirkətinin marşrut xəritəsini əhatə edən ölkə vətəndaşlarının tələbatlarına cavab verəcək. Xüsusilə, MDB və Fars körfəzi ölkələrini təmsil edən, Dubaydan tranzitlə uçan sərnişinlərin sayının artacağını gözləyirik», - deyə aviaşirkətin baş direktoru Qeyt əl Qeyt bildirib.

 

Dubay-Male-Dubay aviareysləri həftədə 5 dəfə yerinə yetiriləcək. Sözügedən aviareysə hər iki istiqamətdə bir biletin minimal qiyməti 470 ABŞ dolları təşkil edir. Biletin qiymətinə çəkisi 7 kq-dək olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. Çəkisi 20 kq-dək olan baqaj yükünün qiyməti 14 dollardan başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün isə əlavə olaraq 28 dollar ödəmək lazımdır.

 

Qeyd edək ki, hazırda «Flydubai» aviaşirkətinin marşrut şəbəkəsi Yaxın Şərq, Afrika, Hindistan yarımadası, Asiya, MDB, Mərkəzi və Şərqi Avropanın 32 ölkə və 50-dən artıq istiqamətini əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR