Bank Of Baku

Azərbaycan Turizm İnstitutu ilə Türkiyənin Muğla Sıtkı Koçman Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

Azərbaycan Turizm İnstitutu ilə Türkiyənin Muğla Sıtkı Koçman Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
# 20 noyabr 2012 13:18 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı-APA. Türkiyənin Muğla Sıtkı Koçman Universitetinin rektoru professor Mansur Harmandar və onu müşayiət edən şəxslər Azərbaycan Turizm İnstitutunun qonağı olub. APA-nın xəbərinə görə, ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov rəhbəri olduğu dövlət ali təhsil ocağının fəaliyyəti barədə ətraflı məlumat verib. O, ATİ-nin dünyanın bir sıra ali təhsil ocaqları, eləcə də beynəlxalq təşkilatlarda uğurlu təmsilçiliyinin keyfiyyətli kadr hazırlığına müsbət təsir göstərdiyini bildirib.

 

Türkiyənin Muğla Sıtkı Koçman Universitetinin rektoru, professor Mansur Harmandar rəhbərlik etdiyi təhsil ocağında 13 fakültə, 4 institut, 12 peşə məktəbi, 16 araşdırma və tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini, 33306 nəfər tələbənin təhsil aldığını, yarandığı gündən indiyədək 41204 nəfərin universitetin məzun diplomunu aldığını vurğulayıb.

 

Görüşün sonunda rektor C.Cəfərov və rektor M. Harmandar tərəfindən ATİ ilə Muğla Sıtkı Koçman Universitetləri arasında əməkdaşlığa dair protokol imzalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR